SOCAR AQS İraq Qazma Şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzaladı
SOCAR AQŞ neft quyularının kompleks qazma və əsaslı təmir xidmətləri üzrə İraq Qazma Şirkəti (IDC) ilə tərəfdaşlıq müqaviləsi imzalamışdır. Müqavilə İraqda milli və beynəlxalq neft şirkətləri üçün qazma layihələrinin həyata keçirilməsində əməkdaşlığı nəzərdə tutur.
SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev “Beynəlxalq inkişaf və kompleks qazma layihələrini həyata keçirmək üçün imkanlarımızı genişləndirmək kimi məqsədlərimizin bir hissəsi olaraq, fəaliyyətimizin coğrafiyasını genişləndirməkdən məmnunuq. Bu əməkdaşlıq Azərbaycan və İraq arasında işgüzar əlaqələr, təcrübə və bilik mübadiləsi, eləcə də biznesin genişləndirilməsi üçün yeni imkanlar yaradır”.
Bu barədə ətraflı İraq Neft Nazirliyinin səhifəsinə keçiddə tanış ola bilərsiniz. https://oil.gov.iq/?page=956
Xatırladaq ki, bu ilin əvvəlində SOCAR AQŞ və İraq Qazma Şirkəti qazma əməliyyatları üzrə əməkdaşlığın davam etdirilməsi haqqında ilkin razılıqları əks etdirən protokol imzalamışdır.
Redaktorlar üçün qeyd:
SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma Şirkəti tərəfindən yaradılmış kompleks qazma və quyu xidmətləri şirkətidir.
Qabaqcıl qazma texnologiyalarını təmin edən və yeni idarəetmə üsullarını tətbiq edən SOCAR AQŞ quyuların qazılması sahəsində uzun illər fəaliyyət təcrübəsinə malikdir.
SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir.
SOCAR AQŞ 2009-cu ildən Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (IADC) üzvüdür və bütün müvafiq beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir. Əlavə məlumat əldə etmək üçün office@socar-aqs.com ünvanına müraciət edin.