Sertifikatlar, Üzvlük, Mükafatlar

Sertifikatlar:

SOCAR AQŞ İnteqrə Olunmuş İdarəetmə Sistemini müvəffəqiyyətlə tətbiq etmiş və ISO 9001:2008, ISO 14001:2004OHSAS 18001:2007 beynəlxalq standartları əsasında sertifikatlaşdırılmışdır.


       


SOCAR AQŞ ilk milli qazma müəssisəsi olaraq 2015-ci ildə BP Azərbaycan və onun tərəfdaşları tərəfindən maliyyələşdirilən Sahibkarlığın İnkişafı və Təlimi Proqramını (EDTP) uğurla başa çatdırmışdır. 

SOCAR AQŞ 2017-ci il tarixində Azərbaycanda fəaliyyət göstərən qazma müəssisələri arasında ilk olaraq API komitəsi tərəfindən API Spec Q2 sertifikatına layiq görülmüşdür.


Üzvlük:

SOCAR AQŞ 2009-cu ilin iyun ayından etibarən Qazma Podratçıları Beynəlxalq Assosiyasının (IADC) üzvüdür.

                    


SOCAR AQŞ-nin mühəndisləri Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (SPE) üzvüdür.

SOCAR AQŞ 2017-ci ildən etibarən Quyuya Nəzarət Beynəlxalq Forumun üzvüdür.



Mükafatlar:

         

 

SOCAR AQŞ 2010-cu ildə Yeni Qazma Texnologiyalarının və yeni İdarəetmə Metodlarının Tətbiqi nominasiyası üzrə Caspian European Club tərəfindən İLİN ŞİRKƏTİ adına layiq görülmüşdür.

SOCAR AQŞ  ardıcıl olaraq 2011- 2013-cü illərdə də Caspian European Club tərəfindən İLİN QAZMA ŞİRKƏTİ mükafatına layiq görülmüşdür.

SOCAR AQŞ 2015-ci ildə BP Azərbaycanın yerli müəssisələr arasında elan etdiyi Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi nominasiyası üzrə İlin Şirkəti Mükafatını almışdır.

SOCAR AQŞ "Caspian Business Award - 2016" mükafatına layiq görülərək İLİN QAZMA ŞİRKƏTİ elan edilmişdir.

 

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı