Amalımız, Missiya, Dəyərlər

Amalımız:

İnteqrə olunmuş effektiv enerji həllərini təqdim edən, maraqlı tərəflərə ən yüksək dəyər yaradan , müasir beynəlxalq şirkət olmaq.

 

Missiyamız:

Azərbaycan qazmasının tarixi qabaqcıl rolunu müasir dünya enerji sənayesində davam etdirmək.

 


Dəyərlərimiz:

SOCAR AQS öz fəaliyyətini ortaq dəyərlər üzərində qurur və daimi ona əməl edir:

   Təhlükəsizlik  - Korporativ mədəniyyətimizin özəyini təhlükəsizlik təşkil edir. Bizə görə təhlükəsizlik heç kim görməsə belə hər şeyi ilk dəfədən düzgün etməkdir.  Biz, bütün insidentlərin və qəzaların qarşısının alına biləcəyinə, öz peşə fəaliyyətimizin və şəxsi həyatımızın hər bir anını təhlükəli insidentlərə yol vermədən yaşaya biləcəyimizə inanırıq;

   Keyfiyyətcilik - Daima hər yerdə mükəmməlliyə can atmaq bizim başlıca missiyamızdır. Biz, şirkətimizin müəssisəmizin təklif etdiyi hər bir məhsulun, həllin, xidmətin və bütün təşəbbüslərimizin ən yüksək dərəcədə keyfiyyətli olmasına, eyni zamanda sektora aid ən yüksək keyfiyyət standartlarına cavab verməsinə çalışırıq;

   Dürüstlük - Etika və dürüstlük bizim müəssisəmizin bünövrəsini təşkil etməklə yanaşı bütün əməliyyatlarımızda rəhbər tutduğumuz prinsiplərdir;

   Yenilikçilik - Biz, innovasiyaları təşviq edir, daima sektorun qabaqcıl praktika nümunələrini tətbiq etməyə can atırıq;

   Səmərəlilik - Səmərəli ola bilmək üçün biz, resurslardan ehtiyatla istifadə olunmasına xüsusi diqqət ayırırıq;

   Əzmkarlıq - Müəssisə öz qapısını bütün yeni çağırışlara açıq tutduğu üçün biz təcrübə qazanmaq, yeni biliklər əldə etmək və məqsədlərimizə doğru irəliləyərkən rastlaşdığımız bütün maneələrin öhdəsindən gəlmək üçün hər bir imkandan istifadə edirik;

   Birlik - Müəssisəmizin hər bir əməkdaşı bizim üçün dəyər kəsb edir. Biz, bir komandayıq;

  Maraqlı tərəflərə yönümlülük - Biz işgüzar fəaliyyətimizdə əldə etdiyimiz uğurların səbəbinin bütün tərəfdaşlarımız (müştərilərimiz, əməkdaşlarımız, cəmiyyət və s.) olduğunu başa düşür, onlara ən yüksək keyfiyyət standartlarına cavab verən xidmətləri göstərməyə can atırıq;

  Cəsarətlilik - Müəssisəmizdə çalışan hər bir şəxs öhdəliklərini yerinə yetirmə məqsədi ilə əsaslandırılmış olaraq peşəkar cəsarət nümayiş etdirməyə həvəsləndirilir.

 

 

 

 

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı