Yay Təcrübə Proqramı 2017

Builki proqramda yerli ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı xarici universitetlərin təmsilçiləri də Yay İstehsalat Təcrübəsindən faydalana biliblər. İsveçin Mälardalen və Böyük Britaniyanın Heriot-Watt universitetlərinin tələbələri 2017-ci il Yay İstehsalat Proqramında fəal iştirak ediblər. Neft və qaz sektorunda karyera qurmaq arzusunda olan tələbələr müəssisənin müxtəlif struktur bölmələrinin işlərində yaxından iştirak edərək, həm zəngin təcrübə əldə etmiş həm də multikulturiazm şəraitində yeni dostlar qazanmışlar. Təcrübə Proqramını uğurla bitirən tələbələrə müəssisə rəhbərliyi tərəfindən sertifikatlar təqdim olunub.


Təcrübə proqramı əsasən SOCAR AQŞ-nin aşağıdakı struktur bölmələrini əhatə edir.

   Qazma Mühəndisliyi;

   Keyfiyyət, Sağlamlıq,Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi şöbəsi;

   Texniki xidmət və qurğular;

   Mexanika;

   Mühəndislik;

   İnsan resursları;

   Təlim və təkmilləşdirmə;

   İqtisadi Planlaşdırma və Xərclərə Nəzarət;

   İKT;


Proqrama ali məktəblərin 3-cü və 4-cü kurslarında və magistr dərəcəsində təhsil alan tələbələr müraciət edə bilərlər. Təcrübə proqramı üçün müraciət edən tələbələrin anket formaları diqqətlə nəzərdən keçirilir və seçilmiş tələbələr sınaq imtahanına və yekun müsahibəyə dəvət olunurlar.

Təcrübə Proqramını uğurla bitirən tələbələrə müəssisə tərəfindən sertifikatlar təqdim olunur.





AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı