Azərbaycan Biznes Keys Müsabiqəsi

SOCAR AQŞ Azərbaycan Biznes Keys Müsabiqəsini 2013-cü ildən etibarən maliyyələşdirir.

Hər il keçirilən Azərbaycan Biznes Keys Müsabiqəsində Azərbaycanın aparıcı univesritetlərinin tələbələrindən ibarət komandalar maliyyə, marketinq, mühasibat, texnologiya və menecment sahələri üzrə yarışaraq real həyatdan götürlmüş biznes məsələlərini həll etməyə çalışırlar. Komandalar öz cavab və təhlillərini tanınmış biznes təmsilçilərindən ibarət münsiflər heyətinə təqdim edirlər.

Azərbaycan Biznes Keys Müsabiqəsi tələbələrin təhliletmə və təqdimat qabiliyyətlərinin inkişaf etdirilməsində müstəsna rola malikdir. Müsabiqə biznes sahəsi üzrə karyera qurmaq istəyən tələbələrin gələcəkdə Azərbaycanın potensial liderləri kimi yetişmələrinə dəstək olur.

Əməkdaşlarımız məşqçi və münsif qismində müsabiqəyə öz töhfələrini verirlər.



AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı