SOCAR AQŞ əqli və fiziki məhdudiyyətləri olan uşaqlarla xeyriyyə aksiyası keçirmişdir

SOCAR AQŞ kollektivi Novruz Bayramı ərəfəsində Abşeron rayon Saray qəsəbəsində yerləşən 7 sayli əqli və fiziki məhdudiyyətləri olan uşaqlar evində bayram şənliyi keçirmişdir. 140 nəfərlik uşaqlar üçün Novruz nemətlərindən ibarət  gözəl bayram süfrəsi açılmış, onlar üçün zəruri geyim və sanitar gigeyenik məhsullar alınıb hədiyyə edilmişdir.

7 saylı internat məktəb 2010-cu ildə dovlətimiz tərəfindən əsaslı təmir olunmuş və uşaqlar üçün lazımı şərait yaradılmışdır. Göz oxşayan baxça, səliqəli meydançalar və işıqlı otaqlar əqli və fiziki məhdudiyyətləri olan uşaqların ixtiyarına verilmişdir. Lakin onlar üçün ən əziz hədiyyə cəmiyyət tərəfindən daim diqqətdə saxlanmaq, fiziki qüsurlarına görə xəcalət çəkmədən, təcrid olunmadan yaşamaq və yaratmaqdır. 13 yaşlı Nəzakət adlı qız  danışa bilməsə də rəsm fırçası ilə Abşeron torpağının təbii ehtiyyatlarını rənglərlə canlandıraraq daxili dünyasını bizlərə nümayiş etdirdi.

Uşaqların asudə vaxtının səməriliyini artırmaq baxımından SOCAR AQŞ kollektivi bir neçə adda milli və xarici cizgi və uşaq filmləri, musiqi diskləri də alaraq onlara hədiyyə etmişdir.

Bu kimi xeyriyyə aksiyalar uşaqlarımızın özunə inam yaranmasında, ünsiyyət qurmasında və bacarıqlarının nümayiş etdirilməsində əhəmiyyətli rol oynayır.

SOCAR AQŞ kollektivi bu kimi həssas məsələləri daim diqqətdə saxlayır və gələcəkdə də bu istiqamətdə yeni təşəbbüslərlə çıxış edəcək.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı