Yay Təcrübə Proqramı

Yay İstehsalat Təcrübəsi Proqramının məqsədi neft və qaz sektorunda karyera qurmaq arzusunda olan tələbələrə müəssisənin müxtəlif struktur bölmələrinin işlərində yaxından iştirak edərək, təcrübə qazanmaq imkanı yaratmaqdır. Bununla yanaşı, müəssisə, bu proqramlar vasitəsilə Təcrübə Proqramını uğurla keçmiş tələbələri gələcəkdə potensial işçi kimi dəyərləndirir.


Təcrübə proqramı əsasən SOCAR-AQŞ-nin aşağıdakı struktur bölmələrini əhatə edir.

   Qazma Mühəndisliyi şöbəsi;

   Geologiya;

   Keyfiyyət, Sağlamlıq,Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi şöbəsi;

   Texniki xidmət (Energetika, Mexanika);

   İnsan resursları şöbəsi;

   Təlim və təkmilləşdirmə şöbəsi;

   Təchizat şöbəsi;

   Maliyyə şöbəsi;


Proqrama ali məktəblərin 3-cü və 4-cü kurslarında və magistr dərəcəsində təhsil alan tələbələr müraciət edə bilərlər. Təcrübə proqramı üçün müraciət edən tələbələrin anket formaları diqqətlə nəzərdən keçirilir və seçilmiş tələbələr sınaq imtahanına və yekun müsahibəyə dəvət olunurlar.

Təcrübə Proqramını uğurla bitirən tələbələrə müəssisə tərəfindən sertifikatlar təqdim olunur.





AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı