SOCAR AQŞ Qazma mühəndisliyi sahəsində tanınmış amerikalı professor C.C. Azar və təcrübəli qazma məsləhətçisi Q. Robello Samuelin birgə yazdıqları qazma sənətinin əsaslarından və tətbiqindən bəhs edən məşhur “Qazma Mühəndisiliyi” kitabını azərbaycan dilinə tərcümə etdirdi.
Kitabın tərcümə edilərək çap edilməsində əsas məqsəd neft-qaz profilli ixtisaslar, xüsusən də qazma mühəndisliyi üzrə təhsil alan gələcək mütəxəssisləri müasir texnologiyalar, optimal qərarların qəbulu üsullları və vasitələri ilə tanış etməkdir.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində qazma sənayesinə dair mükəmməl dərs vəsaiti ali məktəblər, kitabxanalar və sənaye müəssisələrinə hədiyyə edildi.
Horizontal quyu
Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.
daha ətraflı
Vipstok texnologiyasının tətbiqi
Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.
daha ətraflı