SOCAR AQŞ-nin futbol komandası Mini Futbol Liqası Kuboku uğrunda yarışlarında uğurla çıxış edir

Azərbaycan Futbol Federasiyasının təşkilatçılığı ilə Mini Futbol Liqasının (MFL) Kuboku uğrunda yarışlara bu ilin may ayının 21-də start verilmişdir.

Həvəskarlardan ibarət 24 komanda 4 qrupda mübarizə aparıblar.  Milli Olimpiya stadionunda təşkil olunan qrup görüşlərini uğurla adlayan SOCAR AQŞ komandası yarım finala qədər yüksələ bilib. 16 iyun tarixində keçirilən yarımfinalda komandamız Napoli komandası ilə üz-üzə gəlib. Əlavə vaxtda hesabı dəyişə bilməyən komandalar qalibi müəyyənləşdirmək üçün penalti zərbələrini yerinə yetiriblər. Daha dəqiq oynayan Napoli komandası bir qol fərqi, 5:4 hesabıyla qalib gəlib.

Beləliklə, SOCAR AQŞ komandası MFL Kuboku uğrunda yarışda 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, SOCAR AQŞ-nin futbol komandası 2010-cu ildə Milli Həvəskarlar Liqasında keçirilən yarışların qalib olaraq 1-ci yerə qədər yüksələ bilmişdir.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı