SOCAR AQŞ-nin əməkdaşları Bakı Yay Enerji Məktəbində iştirak edir

  • 25/07/2022

    SOCAR AQŞ-nin bir qrup əməkdaşı ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (IDD) təşkilatçılığı ilə keçirilən 16-cı Bakı Yay Enerji Məktəbinə iştirakçı seçilib.

    Bakı Yay Enerji Məktəbi Xəzər bölgəsinə xüsusi diqqət yetirməklə enerji və ekologiya məsələlərinin araşdırılması və daha dəqiq tədqiq edilməsi üçün dünyanın tanınmış alimlərini, siyasətçi və mütəxəssislərini bir araya gətirən və ənənəvi olaraq keçirilən iki həftəlik sertifikat proqramıdır.

    Proqram çərçivəsində iştirakçılara həm enerji, həm də ətraf mühitlə bağlı geniş məlumat təqdim edilir, enerji iqtisadiyyatı, enerji hüququ, təbii sərvət gəlirlərinin idarə edilməsi, bərpa olunan mənbələr, davamlılıq, iqlim dəyişikliyi və enerji geosiyasəti daxil olmaqla geniş mövzular əhatə olunur. Proqram çərçivəsində iştirakçılar həmçinin işğaldan azad edilmiş Şuşa şəhərinə səfər edə biliblər.

    Proqramı bitirən iştirakçılara ADA Universitetinin rektoru və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti tərəfindən imzalanmış sertifikatlar təqdim olunacaq.

    Əməkdaşlarımıza və bütün proqram iştirakçılarına uğurlar arzu edirik.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı