SOCAR AQŞ İndoneziya Respublikasının energetika və mineral ehtiyatlar nazirliyinin nümayəndə heyəti ilə görüş keçirib

  • 03/06/2022

    SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev Nobel Energy Group-nun Baş kommersiya direktoru Eldar Məmmədzadə və Glensol şirkətinin Baş direktoru Tamerlan Əliyevlə birgə İndoneziya Respublikasının energetika və mineral ehtiyatlar nazirliyinin Neft və Qaz departamentinin Baş direktoru Tutuka Ariadjinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

    “Bakı Enerji Həftəsi” ərzində İndoneziya Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən görüşdə tərəflər iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparmışdır.

    Nüməyəndə heyəti, SOCAR AQŞ-nin fəaliyyət istiqamətləri, yerli və beynəlxalq layihələri, eləcə də göstərdiyi xidmətlərlə yaxından tanış olmuşdur.

    İndoneziya Respublikasının Neft və Qaz Kəşfiyyatı və Hasilatı üzrə Xüsusi İşçi Qrupu “SSK Migas” və İndoneziyanın “Pertamina” şirkətinin nümayəndələri də öz fəaliyyət sahələri və həyata keçirdikləri layihələr haqqında ətraflı məlumat vermişdir.

     

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı