ADNSU-da Məzun Günü qeyd olundu

  • 02/07/2019

    İyulun 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun Günü keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı bütün məzunları bu əlamətdar gün münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində aparılan islahatlardan, kadr hazırlığından geniş danışaraq sənaye müəssisələri ilə konstruktiv əməkdaşlığın əhəmiyyətini önə çəkib.

    Professor M. Babanlı Məzun Günündə iştiraka görə  SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayevə minnətdarlığını bildirərək ölkənin aparıcı qazma müəssisələrindən biri olan müəssisə ilə əməkdaşlıqda olduqca maraqlı olduqlarını və bu sahədə çoxsaylı perspektivlərin olduğunu qeyd edib..

    Baş direktor R. İsayev öz çıxışında Məzun Günü münasibətilə gəncləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Elm, təhsil və istehsalatın vəhdətindən irəli gələn təşəbbüsləri daim diqqət mərkəzində saxlayacaqlarını bildirən R. İsayev əlavə etdi ki, ADNSU-ni bitirən məzunlar artıq istehsalat sahələrində ixtisaslı mütəxəssis kimi önə çəkilirlər. Onlar bugünün tələbələrinə cavab verən kadr kimi yetişdirilirlər.

    R. İsayev həmçinin universiteti fərqləmə ilə bitirən tələbələrə diplomların təqdim etmə mərasimində də iştirak edərək məzunları təbrik edib.

    Rəsmi hissə başa çatdıqdan sonra tədbir konsert proqramı ilə davam etdirildi.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı